Peter Mixalko: Təəssüf edirik ki, Azərbaycanda hələ də insanlar minalar nəticəsində ölür və xəsarət alırlar

A- A A+

Avropa İttifaqı (Aİ) təəssüflə bildirir ki, Azərbaycanda hələ də minalar nəticəsində yeni qurbanlarla bağlı məlumatlar var.

NUHÇIXAN xəbər verir ki, bunu “Report”un sualını cavablandıran Aİ-nin Azərbaycandakı səfiri Peter Mixalko deyib.

O vurğulayıb ki, Aİ bu məsələnin Azərbaycan üçün əhəmiyyətini dərk edir və buna görə də üç əsas istiqamətdə ölkəyə dəstəyini davam etdirəcək.

“Mina qurbanları ilə bağlı xəbər bizi çox kədərləndirdi. Biz mina fəaliyyətinin hər üç sahəsində dəstəyimizi davam etdirmək istəyirik: minaların təmizlənməsi, mina təhlükəsi ilə bağlı məlumatlandırma – bu, insanların geri qayıtmağa başladığı bir vaxtda xüsusilə vacibdir, həmçinin mina qurbanlarına dəstək”.

Səfir onu da bildirib ki, Avropa İttifaqı bu məsələdə Azərbaycanın ən böyük tərəfdaşıdır və işğal olunmuş ərazilərin minalardan təmizlənməsi məsələlərində ölkəyə dəstəyini davam etdirəcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: