Azərbaycan Ordusunun tank bölmələri ilə intensiv döyüş hazırlığı üzrə məşğələlər keçirilir - VİDEO

A- A A+

Azərbaycan Ordusunun tank bölmələri ilə intensiv döyüş hazırlığı üzrə məşğələlər keçirilir.

NUHÇIXAN xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Ümumqoşun təlim poliqonunda keçirilən məşğələlər zamanı ərazidə təbii və süni maneələrin dəf edilməsi, döyüş maşınlarının idarə olunması, şərti düşmən üzərinə dərinlikdən irəliləməklə hücum üzrə çalışmalar yerinə yetirilib.

Həmçinin zirehli texnikanın üzərinə quraşdırılmış silahdan aşkar olunan hədəflərin yerindən və hərəkətdə məhv edilməsi üzrə qarşıya qoyulan tapşırıqlar da icra olunub.

Hərbi qulluqçuların döyüş vərdişlərinin təkmilləşdirilməsi məqsədilə keçirilən məşğələlərdə tankçılarımız yüksək peşəkarlıq nümayiş etdirirlər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: