Səməd Seyidov: Frank Şvabe həm özünü, həm də AŞPA-nı məhv edir

A- A A+

Almaniyalı deputat Frank Şvabe həm özünü, həm də AŞPA-nı məhv edir.

NUHÇIXAN xəbər verir ki, Milli Məclisin AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov özünün “X” hesabında yazıb.

Onun sözlərinə görə, Frank Şvabe qorxur:

"Məhz bu qorxu təhqirlərə sövq edir. O, yalanları həqiqət kimi qəbul edir. Sözlərində nifrət nə qədər çox olarsa, bir o qədər siyasətçi kimi batacaqsan, həm özünü, həm də AŞPA-nı məhv edəcəksən”.

Qeyd edək ki, F.Şvabe mayın 30-da özünün "X" hesabındakı paylaşımda Azərbaycana qarşı əsassız ittihamlar səsləndirib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: