İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ümumtəhsil müəssisələrində maarifləndirici tədbirlər keçirib - FOTOLAR

A- A A+

Naxçıvan Muxtar Respublikasının 100 illiyi ilə əlaqədar Naxçıvan Muxtar Respublikasının İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə Naxçıvan şəhər 1, 2, 3, 4 və 6 nömrəli tam orta məktəblərdə “Sağlam cəmiyyətin formalaşmasında icbari tibbi sığortanın rolu və icbari tibbi sığortadan istifadə qaydaları” mövzusunda maarifləndirici tədbirlər keçirilib.

Naxçıvan Muxtar Respublikasının İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, tədbirlərdə bildirilib ki, bu gün dövlətimiz üçün ən əsas məsələlərdən biri vətəndaşların keyfiyyətli tibbi yardıma və səhiyyə xidmətinə əlçatanlığının təmin olunmasıdır. 8 il öncə Sədərək rayonunda pilot layihə kimi həyata keçirilməyə başlayan icbari tibbi sığorta hazırda muxtar respublikanın bütün ərazisində tətbiq olunur. Ötən müddətdə bu sahədə çox ciddi uğurlara imza atılıb. Belə ki, icbari tibbi sığortanın tətbiqi və bu istiqamətdə yaradılan strukturların fəaliyyəti nəticəsində, təkcə insanların keyfiyyətli tibbi xidmət alması baxımından deyil, eyni zamanda müasirtipli və standartlara cavab verən sağlamlıq ocaqlarının yaradılması, onların ən yeni lazımi tibbi avadanlıqla və yüksəkixtisaslı tibbi personal ilə təmin olunması baxımından da müsbət nəticəsini verməkdədir.

Qeyd olunub ki, icbari tibbi sığorta sisteminin tətbiqini vətəndaşın rifahına əsaslanan sosial siyasətin ən önəmli qolu hesab etmək olar. Bu sistem sığorta hadisəsi zamanı vətəndaşın Xidmətlər Zərfi çərçivəsində tibbi yardım almasını təmin edir. Xidmətlər Zərfi çərçivəsində təminatı nəzərdə tutulmuş tibbi xidmətlərin göstərildiyi hər hansı hadisə və hal sığorta hadisəsi hesab edilir. Vətəndaş tibbi xidmətə ehtiyacı yarandığı təqdirdə Agentliyin müqavilə bağladığı istənilən dövlət tibb müəssisəsinə şəxsiyyət vəsiqəsi ilə müraciət edə bilər.

Daha sonra Agentliyin əməkdaşı Gülxatun Zeynalova icbari tibbi sığorta sistemi, onun mahiyyəti, Xidmətlər Zərfi çərçivəsində təminata alınan tibbi xidmətlər, əhali qrupları üzrə sığorta haqları, sığortaolunanların, eləcə də sığortalıların hüquq və vəzifələri barədə geniş təqdimat edib.

Sonda qarşılıqlı müzakirələr aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.                                                  

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: