“Bayer 04” “Top-5” liqaların komandaları arasında yeni rekorda imza atıb

A- A A+

Almaniyanın “Bayer 04” klubu “Top-5” liqaların komandaları arasında yeni rekorda imza atıb.

NUHÇIXAN xəbər verir ki, Leverkuzen təmsilçisi ardıcıl 44 oyunda uduzmamaqla buna nail olub.

Xabi Alonsonun yetirmələri son olaraq UEFA Avropa Liqasının 1/4 final mərhələsində İngiltərə “Vest Hem”i ilə səfərdə bərabərə qalıblar – 1:1. “Bayer 04” 2011/2012 mövsümündə ardıcıl 43 matçda uduzmayan İtaliya təmsilçisi “Yuventus”un rekordunu yeniləyib.

Qeyd edək ki, cari mövsüm heç bir oyunda uduzmayan “Bayer 04” Bundesliqada çempionluğu rəsmiləşdirib, Almaniya Kubokunda finala, Avropa Liqasında isə yarımfinala yüksəlib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: