Muxtar respublikanın ümumitəhsil məktəblərinin şagirdləri ilk dəfə olaraq VI İngilis dili olimpiadasında iştirak ediblər

A- A A+

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının ümumitəhsil məktəblərinin VII-IX sinif şagirdləri arasında akademik məqsədlər üçün ilk dəfə olaraq VI İngilis dili Olimpiadası keçirilib. Heydər Əliyev adına tam orta məktəbdə təşkil olunan olimpiadadanın birinci mərhələsində muxtar respublikanın ümumtəhsil məktəblərindən 261 şagird iştirak edib. Olimpiadada şagirdlərə ingilis dilinin qrammatikası və oxu qabiliyyəti ilə bağlı 50 yazılı sual təqdim olunub. 

Qeyd edək ki, olimpiada ADA Universiteti, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Bakı Təhsil İnformasiya Mərkəzi, Azərbaycan Respublikasının Təhsil İnstitutu, Bakı şəhər üzrə Tədris İdarəsinin dəstəyi ilə keçirilib. 

Olimpiadanın birinci mərhələsində yüksək bal toplamış ilk 100 tələbə 11 may 2024-cü il tarixdə ADA Universitetində ikinci - dinləmə və yazı mərhələsinə qatılacaqlar. İkinci mərhələdən yüksək nəticə toplamış ilk 15 iştirakçı növbəti şifahi nitq bacarığı mərhələsinə dəvət olunacaqlar. 

Qaliblər ADA Universitetinin pedaqoji heyəti və tərəfdaş təşkilatların nümayəndələrindən ibarət şura tərəfindən seçiləcək. 1-ci yerin sahibi Bakı Təhsil İnformasiya mərkəzinin dəstəyi ilə Böyük Britaniyada keçiriləcək Qlobal Gənc Liderlər proqramında iştirak etmək imkanı qazanacaq. Həmçinin 2-ci və 3-cü yerlərin sahibləri də kompyuter, planşet kimi mükafatlarla təltif olunacaqlar. Bundan əlavə, müsabiqədə yüksək nəticə əldə edən ilk 300 şagirdə onların olimpiadada iştirakını təsdiq edən sertifikat təqdim olunacaqdır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: