Naxçıvan Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə alayında qərargah məşqi keçirilib - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə alayında “Culfa rayonunda baş vermiş şərti zəlzələnin nəticələrinin aradan qaldırılması üzrə Mülki müdafiə alayının fəaliyyəti və hərbi hissə qərargahının və bölmələrin müxtəlif dərəcəli döyüş hazırlığı vəziyyətinə gətirilməsi” mövzusunda qərargah məşqi keçirilib.

Qərargah məşqinin keçirilməsində məqsəd fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması zamanı bölmələrin fəaliyyəti təkmilləşdirmək, eyni zamanda şəxsi heyətin biliklərinin, təşkilati-metodiki və praktiki vərdişlərinin artırılmasından ibarət olub.

Plana uyğun olaraq episentri Culfa rayon Mərədərə dağı olmaqla 7 bal gücündə “şərti” zəlzələ baş verməsi, “dağıntıların” qeydə alınıması və “təbii fəlakət” zonasında insanların “uçqunlar” аltındа qalması barədə məlumat daxil olub.

İlk öncə hərbi hissənin müxtəlif dərəcəli döyüş hazırlığı vəziyyətinə gətirilmə planı dəqiqləşdirilib. Qüvvə və vasitələr hazır vəziyyətə gətirilib və hadisə rayonuna cəlb olunub. Xilasetmə işlərinin aparılması üçün müvafiq tapşırıqlar verildikdən sonra bölmələr cəmləşmə rayonuna yerləşib və xilasetmə işlərinin təşkili üzrə kəşfiyyat aparılıb.

Daha sonra bölmələr tərəfindən təlim nöqtələrində qərargah tərəfindən verilən tapşırıqlar icra olunub. Qərargah məşqində müxtəlif tapşırıqların icrası üzrə fəaliyyətlər xəritə üzərində dəqiqləşdirilib, yaranan şəraitə əsasən, qəbul edilən qərarlara dair məruzələr dinlənilib.

110-na yaxın şəxsi heyətin, 14 texnikanın cəlb olunduğu qərargah məşqi zamanı qarşıya qoyulan tapşırıqlar müvəffəqiyyətlə icra olunub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: