“Vətəndaş cəmiyyətinin inkişafında bələdiyyələrin rolu” mövzusunda tədbir keçirilib

A- A A+

Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi tərəfindən Kəngərli rayonunun Qıvraq qəsəbəsində “Vətəndaş cəmiyyətinin inkişafında bələdiyyələrin rolu” mövzusunda maarifləndirici tədbir keçirilib.

Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, tədbir rayon üzrə fəaliyyət göstərən bələdiyyə sədrləri və üzvlərinin iştirakı ilə təşkil edilib.

Əvvəlcə Kəngərli Rayon İcra Hakimiyyətinin əməkdaşı Kainat Əsgərov tədbirin mahiyyəti və əhəmiyyəti barədə məlumat verib.

Tədbirdə çıxış edən Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş mərkəzinin rəisi Xəyal Eyvazov Azərbaycanda vətəndaş cəmiyyəti və hüquqi dövlət quruculuğunda bələdiyyələrin rolundan bəhs edib. Bildirib ki, ölkəmizdə yerli özünüidarəetmə orqanlarının yaranmasının 25 ili ərzində bələdiyyələrin statusu, onların səmərəli fəaliyyəti, qanunla onlara verilmiş səlahiyyətlərin tam və sərbəst həyata keçirilməsi üçün qanunvericilik bazasının yaradılması sahəsində xeyli uğurlar qazanılmışdır. Bu uğurları ölkənin hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğuna verilən ən yaxşı töhfə hesab etmək olar. Qeyd olunub ki, yerli özünüidarə institutlarının inkişafı, beynəlxalq prisnsiplərə əsaslanan sturukturunun formalaşdırılması istiqamətində tədbirlər davam etdirilir. Görülən işlər nəticəsində gələcəkdə bələdiyyələr dövlətin gördüyü işlərin böyük bir hissəsini öz üzərinə götürəcək, dövlətin də yükünü müəyyən qədər yüngülləşdirəcəklər. Xəyal Eyvazov eyni zamanda bələdiyyə torpaqlarının mülkiyyətə və icarəyə verilməsi, yerli vergi və ödənişlərin yığılması ilə bağlı qanunvericiliyin tələblərini də diqqətə çatdırıb.

Sonra nazirliyin Bələdiyyələrlə iş mərkəzinin aparıcı məsləhətçisi Rövşən Mirzəyev vətəndaş cəmiyyətinin demokratik inkişafında bələdiyyələrin rolundan danışıb. Bildirib ki, demokratikləşmə şəraitində vətəndaş cəmiyyəti və hüquqi dövlət quruculuğu prosesində yaradılan bələdiyyələr hər bir regionu təbii və sosial-iqtisadi potensialından tam və səmərəli istifadə etmək imkanı yaradır. Nəticədə insanların rifah halının yaxşılaşması və vətəndaşların maraqlarının həyata keçirilməsi təmin olunur.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

 

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: