Ramazan bayramı ilə əlaqədar olaraq Bakı-Naxçıvan-Bakı marşrutu bir əlavə reyslə təmin edilib - VİDEO

A- A A+

Respublika ərazisində fəaliyyət göstərən bütün avtovağzal və avtostansiyalar Ramazan bayramı günlərində əhalinin nəqliyyat xidmətləri ilə keyfiyyətli və davamlı şəkildə təmin edilməsi üçün aprelin 14-dək gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. 

"AYNA" marşurut xəttlərində sərnişin sıxlığının qarşısının alınması məqsədilə lazımi sayda əlavə avtobus buraxılmasını təmin edir. Həmçinin  Agentlik tərəfindən sərnişindaşımalarını yerinə yetirən daşıyıcılara, avtovağzal və avtostansiyalara cədvəl üzrə hərəkət qrafiklərinə ciddi riayət edilməsi ilə bağlı müvafiq tapşırıqlar da verilib. 

İran İslam Respublikası ərazisindən keçməklə xidmət göstərən Bakı-Naxçıvan-Bakı avtobus marşrutu isə ramazan bayramı ilə əlaqədar olaraq bir əlavə reyslə təmin edilib.

NTV xəbərin Bakı bürosunun əməkdaşları mövzu ilə bağlı Bakı Beynəlxalq Avtovağzalından reportaj hazırlayıblar.

NUHÇIXAN həmin reportajı təqdim  edir:

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: