Hindistanın Racastan ştatında PUA qəzası baş verib

A- A A+

Hindistan Hərbi Hava Qüvvələrinə məxsus PUA ölkənin qərbindəki Racastan ştatında qəzaya uğrayıb.

NUHÇIXAN “İndia Today” saytına istinadla xəbər verir ki, qəza nəticəsində insan tələfatı və maddi zərər qeydə alınmayıb. Pilotsuz təyyarə ştatın paytaxtı Caypurdan təxminən 600 kilometr qərbdə təlim uçuşu zamanı yerə çırpılıb.

Hadisə ilə bağlı araşdırmalara başlanılıb.

Xatırladaq ki, keçən ay Hindistan Hərbi Hava Qüvvələrinin “Tejas” təyyarəsi də təlim zamanı qəzaya uğramışdı.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: